IQNA

Səudiyyə rejimi son 12 saatda Yəmənə 30-dan çox hava hücumu edib

8:26 - October 22, 2019
Xəbər sayı: 3486003
Səudiyyə Ərəbistanı rejimi son 12 saatda  Yəmənə 30-dan çox hava hücumu təşkil edib. Bunu Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya əl-Səri  ötən gecə keçirdiyi mətbuat konfransında deyib. 

İQNA-nın verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı rejimi son 12 saatda  Yəmənə 30-dan çox hava hücumu təşkil edib. Bunu Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya əl-Səri  ötən gecə keçirdiyi mətbuat konfransında deyib. 

“Təcavüzkar Səudiyyə rejiminin  hücumları əsasən Sadah və Hajjah  bölgəsinə olunub və bu hücumlar nəticəsində  dinc sakinlərdən ölən və yaralananlar var.”
Qeyd edək ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır.
Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
UNICEF-in məlumatına görə, beş yaşınadək 1,8 milyon yəmənli uşaq aclıqdan əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatı Yəməndəki böhranı "dünyada ən ağır" olaraq qiymətləndirir. (maide.az)
Teqlər: iqna ، səudiyyə ، yəmən ، Ənsarullah
captcha