IQNA

20:57 - October 25, 2019
Xəbər sayı: 3486024
Tunisin Müsəlman Demokrtat Patiyasının sədri və "ən-Nehzət" hərəkatının rəhbəri Raşid Ğənnuşi İstambulda mətbuat qarşısında çıxış edərək deyib: Ərəb dünyasının problemlərinin həllinin cavabı İslamdadır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisin Müsəlman Demokrtat Patiyasının sədri və "ən-Nehzət" hərəkatının rəhbəri Raşid Ğənnuşi İstambulda mətbuat qarşısında çıxış edərək deyib: Ərəb dünyasının problemlərinin həllinin cavabı İslamdadır.

O əlavə edib: Ərəb dünyasında ədalətisizliyin baş alıb getməsi və fəsadın səbəbi bu ölkələrə hakimiyyət edənlərdədir. Buna görə də cavanlar islahatların edilməsini istəyirlər. Cavanlar İslam və ədalət sorağındadırlar.

Ğənnuşi Ərəb dünyasının işıqlı gələcəyindən danışaraq dedi: Ərəb cavanları texnologiyanın inkişafı, modern sosial şəbəkə və ictimai əlaqə vasitələri ilə tanış olublar. Bu texnologiya cavanlara toplaşmaq, bir-biriləri ilə əlaqə yaratmaq qüdrəti verib ki, dünyaya terrorist olmaqdıqlarını desinlər.

Ğənnuşi çıxışının davamında Tunis məsələlərinə işarə edərək deyib: İnqilab Tunisə azadlıq, söz azadlığı və siyasi fəaliyyətdə azadlıq gətirdi. Amma dövlət indiyədək cavanlar üçün münasib iş yerləri hazırlaya bilməyib, iqtisadi, tibbi və təhsil problemlərini həll etməyib. Amma ümid edirik ki, cavanların hərəkatı demokratiya və sosial ədalətin bərqərar edilməsinə nail olacaq.  

https://iqna.ir/fa/news/3851913

Ad:
E-poçt:
* Comment:
* captcha: