IQNA

22:56 - November 02, 2019
Xəbər sayı: 3486077
Oktyabrın 29-u 18 yaşlı Xədicə Mellah haqqında “Riding a dream” adlı sənədli film Britaniyanın Brikston şəhərində bir kinoteatrda nümayiş olunub. Filmdə Mellahın bu yarışa necə hazırlaşdığı izah edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Böyük Britaniyada at yarışlarında qalib gələn bir müsəlman qadın, müsəlman qadınlar haqqında bütün stereotip düşüncələri aradan qaldıra bilib.

Evening Standart saytı at yarışlarını qazanan ilk müsəlman hicablı qadın Xədicə Mellahın müsəlman qadınlar haqqında şablon stereotip düşüncələri ortadan qaldırmağa kömək etməkdən məmnun olduğunu bildirdiyini yazıb.

Xədicə Mellah avqust ayında Goodwood festivalında xeyriyyə üçün təşkil olunan at yarışında qalib gəlib.

Oktyabrın 29-u 18 yaşlı Xədicə Mellah haqqında “Riding a dream” adlı sənədli film Britaniyanın Brikston şəhərində bir kinoteatrda nümayiş olunub. Filmdə Mellahın bu yarışa necə hazırlaşdığı izah edilir.

Brikston Universitetinin mühəndislik fakültəsinin tələbəsi olan Xədicə Mellah belə danışıb: “İslam cəmiyyətinin və İslamdakı qadınların müsbət nüfuzunu yuxarı çəkə bildiyimə görə, həqiqətən çox xoşbəxtəm. Çünki müsəlman qadınların başqalarının işlərini edə bilməməsi barədə stereotiplər var idi”.

https://iqna.ir/fa/news/3853313

Ad:
E-poçt:
* Comment: