IQNA

10:10 - November 13, 2019
Xəbər sayı: 3486135
İndoneziyanın İnzibati İslahatlar Nazirliyinin əməkdaşlarına, bəzi müsəlman ölkələri üçün üzlərini demək olar ki, tamamilə gizlədən ənənəvi geyim olan niqab taxmaq qadağan edilib. 
İndoneziyanın İnzibati İslahatlar Nazirliyinin əməkdaşlarına, bəzi müsəlman ölkələri üçün üzlərini demək olar ki, tamamilə gizlədən ənənəvi geyim olan niqab taxmaq qadağan edilib. 
Maide.Az “islam-today”a istinadla xəbər verir ki, bu qərara nəyin səbəb olduğunu söyləməyən şöbə müdiri Tjahjo Kumolo, qadağanın yalnız iş saatlarına aid olduğunu vurğulayıb. 
Qeyri iş saatlarında müsəlman qadınlar istədiklərini geyinə bilərlər.
Dini İşlər Naziri Fahrul Razi də öz növbəsində bu tələbin təhlükəsizlik məsələləri ilə əlaqəli olduğunu dilə gətirsə də qərarın cəmiyyətdə və ruhanilərdə mübahisələrə səbəb olacağını istisna etməyib.
Xatırladaq ki, İndoneziya dünyanın ən böyük müsəlman dövlətidir. Əhalisi 260 milyon nəfərdir, ölkə əhalisinin 88% -i müsəlmandır.
Teqlər: iqna ، indoneziya ، hicab ، niqab
Ad:
E-poçt:
* Comment: