IQNA

22:11 - November 15, 2019
Xəbər sayı: 3486148
Ayətullah Üzma Xamenei: Hədəf saxta sionist rejiminin aradan getməsi və Fələstinin əsl sahibləri olan müsəlmanlar, məsihi və yəhudilərin seçdiyi bir hökumətin qurulmasıdır.” 

“İslam dünyasındakı problemlərin əsas səbəbi müsəlmanların birliyinin zəif olmasıdır.”- bunu Ali Rəhbər Seyid Əli Xamenei Həzrət Məhəmməd a (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə keçirilən bu günki görüşdə deyib. 
Çıxışında Fələstin məsələsinə toxunan Ayətullah Xamenei qeyd edib ki, İranın “İsrailin məhvi” ilə bağlı  səsləndirdiyi fikiri düşmənlər  yanlış təqdim etməyə çalışır. “Bu yəhudi xalqının məhv olması anlamında deyil Bizim ölkəmizdə də yəhudilər  tam təhlükəsiz  yaşayırlar.  Hədəf saxta sionist rejiminin aradan getməsi və Fələstinin əsl sahibləri olan müsəlmanlar, məsihi və yəhudilərin seçdiyi bir hökumətin qurulmasıdır. Bu gec-tez baş verəcək.” 
ABŞ və digər Qərb ölkələrinin əsas hədəfinin İslam olduğunu vurğulayan Ayətullah Xamenei bildirib ki, dinimizin mahiyyəti  zülmə, hegemonluğa və müstəmləməçiliyə  qarşıdır.
“Onlar İslamın özü və bütün müsəlman ölkələrinə qarşıdırlar. Düşmənçiliyin yalnız  İslam Respublikası ilə olduğunu düşünmək yalnışdır. ABŞ rəsmiləri Səudiyyə Ərəbistanı təhqir edir puldan başqa heç bir şeyinin olmamadığını deyir. Bunun anlamı budur ki,   gedib həmin yerləri qarət etmək lazımdır.Bu bir ölkə və xalq ilə düşmənçiliyin aşkar formasıdır. ”
Ayətullah Xamenei nüvə enerjisi məsələsinə də toxunub və bildirib ki, sülhməqsədli nüvə enerjisi  bütün xalqların ehtiyacıdır.  “Lakin Qərb ölkələrindəki inhisarçılar bu enerjini yalnız özlərində saxlamaq, xalqlara damcı-damcı verərək onların müstəqillik və şərəflərini almaq istəyirlər.” 
Ayətullah Xamenei  İslam dünyası alimləri və ziyalılarına da səslənib. “Haqqı tam gücünüzlə müdafiə edin, düşməndən qorxmayın və bilin ki, İslam dünyası  Allahın yardımı ilə yaxın zamanda  öz parlaq  arzularına çatacaq.”
Ad:
E-poçt:
* Comment: