IQNA

Mərakeşli koleksiyonerin kiçik Quran nüsxəsinin tarixçəsi

22:05 - December 03, 2019
Xəbər sayı: 3486246
Mərakeşdə saxlanılan bu nüsxə ikinci dünya müharibəsi zamanı Fransızlar tərəfindən oğurlanaraq muzeyə verilmişdi. Daha sonra isə 1968-ci ildə Mərakeşli fəalların səyi ilə ölkəyə qaytarıldı.   

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mərakeşli koleksiyoner Səid Cədyaninin bu ölkənin Atlantik okeanı sahilində və Kazablanka şəhəri yaxınlığında yerləşən Əsfa şəhərində yerləşən kolleksiyasında mövud olan çox kiçik və nadir bir Quran nüsxəsi minlərlə turisti bu şəhərə cəzb edir. Əlbəttə Əsfa şəhərinə turistləri çəkən digər amillərdə var: bu şəhərin qədim tarixi və mədəni abidlərlə zənginliyi.

"aljazeera.net" informasiya portalının "Ziyarətgaha çevirilmiş nadir bir Quran nüsxəsinin Misrdən Məkkəyə, sonra Fransaya və sonda Mərakeşə səfəri" adlı məqalə bu kiçik əlyazma və nadir Quran nüsxəsi barədə məlumat verib.

سفر اعجاب‌انگیز قرآن نادر مصری

Məqalədə deyilir ki, nadir və aztapılan bu Quran nüsxəsi Misrdən Məkkəyə, sonra Fransaya aparılıb. Son illərdə isə Mərakeşli mədəniyyət fəallarının səyi nəticəsində Mərakeşə qaytarılıb. Bu nüsxə hazırda Əsfa şəhərinin "əlyazma nüsxələr klubu"nun rəisi Səid Cədyaninin kolleksiyasında saxlanılır.

Qədim və tarixi mədəniyyət əsərləri barədə araşdırmağı sevən Cədyaninin kolleksiyasında 3 mindən çox incəsənət əsəri var. Bunların arasında şer, fəlsəfə, Quran, ədəbiyyat, astronomiya, məntiq və sair elmləri ehtiva edən 70-dən çox qədim əlyazma kitab nüsxəsi də mövcuddur.

Cədyani deyir: Bu kiçik Quran nüsxəsini qardaşım mənə hədiyyə edib. Bu Quranın xətlərini böyüdücü ilə oxumaq olur. Bu nüsxəni Misrin Səid rayonundan bir nəfər Həcc səfəri zamanı bir Mərakeşli hacıya hədiyyə verib. Mərakeşdə saxlanılan bu nüsxə ikinci dünya müharibəsi zamanı Fransızlar tərəfindən oğurlanaraq muzeyə verilmişdi. Daha sonra isə 1968-ci ildə Mərakeşli fəalların səyi ilə ölkəyə qaytarıldı.   

https://iqna.ir/fa/news/3859576

captcha