IQNA

22:07 - December 12, 2019
Xəbər sayı: 3486301
Avqustun 5-dən etibarən Hindistan hökuməti Kəşmirin bölgəsinin muxtariyyətini ləğv edib və bölgədəki müsəlmanlara geniş qadağalar tətbiq edir. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avqustun 5-dən etibarən Hindistan hökuməti Kəşmirin bölgəsinin muxtariyyətini ləğv edib və bölgədəki müsəlmanlara geniş qadağalar tətbiq edir. 

Bu qadağalar Kəşmirdə hər cür dini məclisləri əhatə edir və Hindistan hökuməti böyük və tarixi məscidlərin qapılarını müsəlmanların üzünə bağlayıb. 
Kəşmir müsəlmanları adətən Srinagar məscidində minlərlə insanın iştirakı ilə cümə namazı qılırdı. Lakin artıq cümə namazının qadağan olunduğu gündən 17 cümə keçmişdir.
Məscidin yanında yaşayan Xalid Bəşir Gura bildirib ki, Hindistan rəsmiləri Kəşmirdə vəziyyət pisləşdikdə hər cür görüşü təhdid olaraq qəbul etdikləri üçün, bu məscidin aylardır ki, bağlı saxlayırlar.
1963-cü ildən bəri Srinagar məscidinin icma imamı olan Seyid Əhməd Seyid Naqşbandi, ibadət hüququnun Hindistan konstitusiyasında tanındığını, lakin Kəşmirdə bu hüququn dəfələrlə pozulduğunu söyləyir.
Eynilə, məhdudiyyətlər Kəşmirin cənubundakı Anantnag bölgəsindəki Beyt-ul Mükerrem məscidinə də tətbiq olunur. Bölgədəki arif və evliyaların məzarları ziyarətçilərlə dolu olardı. Lakin Hindistan hakimiyyəti tərəfindən ciddi məhdudiyyətlər qoyulduğundan, indi bu yerlərə yalnız yerli insanlar gedə bilir.
Bundan əlavə, bu dövrdə bir çox din xadimi də daxil olmaqla 5000-dən çox kəşmirli həbs edilib. Kəşmirdəki şiə lideri Əllame Seyyid İcaz Rəzəvi 27 avqustda Hindistan polisi tərəfindən həbs edilib. Əllame Rəzəvinin qohumları Zandibal şiə qəsəbəsi Babamzar məscidində qeyri-milli çıxış etməkdə günahlandırılır.
Teqlər: İQNA ، Kəşmir ، Hindistan
Ad:
E-poçt:
* Comment: