IQNA

23:23 - December 26, 2019
Xəbər sayı: 3486369
əl-Xəlilə səfər edən anti-sionist hərəkatının rəisi burada insan haqları fəalları ilə görüşündə deyib: Bu təşkilat İsrailin işğalçı siyasəti ilə mübarizə üçün Fələstinlilərlə həmkarlıq etməyə hazırdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, “Naturi Karta” anti-sionist yəhudi hərəkatının rəisi Hənnan Laks qərb sahillərində yerləşən əl-Xəlil şəhərini ziyarət edib.

əl-Xəlil şəhərinə səfər edən anti-sionist yəhudi hərəkatının rəisi burada insan haqları fəalları ilə görüşündə deyib: Bu təşkilat və hərəkat İsrailin işğalçı siyasəti ilə mübarizə üçün Fələstinlilərlə həmkarlıq etməyə hazırdır.

“Naturi Karta” anti-sionist yəhudi hərəkatının rəisi Hənnan Laks əlavə edib: əl-Xəlil şəhərinə səfərimizin hədəfi Fələstinlilər ilə qardaşlıq əlaqələrni gücləndirmək və sionizm əleyhinə ismarıc verməkdir.

Bu səfər çərçivəsində əl-Xəlil şəhərinin “Təllur-Rəmidə” rayonunda yaşayan “Zəkəriyya əl-Bəkri”nin ailəsinin öz evindən zorla çıxarılması və onların evinə yəhudi qəsəbə sakininin yerləşdirilməsi məsələsi müzakirə edilib və fələstinli ailələnin hüquqları müdafiə edilib.

https://iqna.ir/fa/news/3866506

Ad:
E-poçt:
* Comment: