IQNA

11:57 - January 02, 2020
Xəbər sayı: 3486403
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin məlumatına görə, 2018-ci ildə Qəzza və İordan çayının qərb sahilindı İsrail rejimi hərbçiləri tərəfindən 295 fələstinli öldürülüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən il (2019) İsrail rejimi hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb. 

"Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Fələstinin Şəhid Ailələri Milli Cəmiyyətinin xəbərində deyilir.

Qeyd edilir ki, öldürülənlər arasında 33 uşaq və 12 qadın da var.

Təşkilatın məlumatına görə, həlak olmuş 112 fələstinli Qəzza sakini olub. Daha 37 fələstinli İordan çayının işğal edilmiş qərb sahilində, 69 nəfər isə İsrail rejiminin Hərbi Hava Qüvvələrinin Qəzzaya endirdiyi zərbələr nəticəsində həlak olub.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin məlumatına görə, 2018-ci ildə Qəzza və İordan çayının qərb sahilindı İsrail rejimi hərbçiləri tərəfindən 295 fələstinli öldürülüb.

Teqlər: İsrail ، fələstin ، İQNA
Ad:
E-poçt:
* Comment: