IQNA

Qahirənin beynəlxalq kitab sərgisində Qurani əsərləri

22:45 - January 25, 2020
Xəbər sayı: 3486555
Yanvar ayının 22-də Misrin Qahirə şəhərində 51-ci beynəlxalq kitab sərgisi dünyanın 38 ölkəsindən olan 900 nəşriyyatın iştirakı ilə öz işinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yanvar ayının 22-də Misrin Qahirə şəhərində 51-ci beynəlxalq kitab sərgisi dünyanın 38 ölkəsindən olan 900 nəşriyyatın iştirakı ilə öz işinə başlayıb.

Misrin "Beşinci Kompleks" beynəlxalq sərgi mərkəzində "Misr – mədəniyyətlər müxtəlifliyi" devizi ilə keçirilən sərgidə müxtəlif mövzularda, o cümlədən Quran mövzusunda olan əsərlər nümayiş edilir.

Qahirənin 51-ci beynəlxalq kitab sərgisi Fevral ayının 5-dək davam edəcək.

Dubayın beynəlxalq Quran mükafatı müəssisəsi bu sərgidə Quran elmləri, Quranın ecazkarlığı, fiqi araşdırmalara, İslam mədəniyyəti və Peyğəmbərin (s) sünnəsi və sirəsi mövzusunda nəşr edilmiş 123 adda kitabla iştirak edir.  

Suriyanın "Darul-Mərifət" nəşriyyatı Qurani-Kərimin müxtəlif ölçülərdə nüsxələrini sərgiyə çıxartmışdır.

https://iqna.ir/fa/news/3873801

جلوه‌نمایی آثار قرآنی در نمایشگاه  بین‌المللی کتاب قاهره

جلوه‌نمایی آثار قرآنی در نمایشگاه  بین‌المللی کتاب قاهره

captcha