IQNA

10:15 - February 14, 2020
Xəbər sayı: 3486680
İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi İranın Suriyadakı maraqlarına qarşı İsrail rejimindən gələcək hərəkətlərə sərt cavab verəcəklərini bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi İranın Suriyadakı maraqlarına qarşı İsrail rejimindən gələcək hərəkətlərə sərt cavab verəcəklərini bildirib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Abbas Musəvi İsrail rejiminin rəsmilərindən birinin İranla bağlı açıqlamalarına belə reaksiya verib: “Bu rejimin İranın Suriyadakı və bölgədəki maraqlarına qarşı hücum və ya axmaqca hərəkətlərinə cavabımız çox sərt olacaq”.

İsrailin işğalçı bir terror rejimi olduğunu və Fələstin ilə birlikdə digər qonşu ölkələri təhdid etdiyini söyləyən Musəvi, belə deyib: “Fələstin və digər qonşu ölkələrin torpaqları İsrail rejimi tərəfindən işğal edilir və talan olunur.

İranın Suriyadakı mövcudiyyəti bu ölkənin dəvəti ilə baş verib və İran ABŞ ilə İsrail rejimi tərəfindən dəstəklənən terrorizmlə mübarizə aparmaqda davam edir. İran sionist rejimin müharibə lehinə təhdidlərini beynəlxalq təşkilat və qurumlarda da qaldıracaq”.

Teqlər: İran ، XİN ، İsrail ، İQNA
Ad:
E-poçt:
* Comment: