IQNA

22:49 - February 15, 2020
Xəbər sayı: 3486693
İsmət və paklıq xanımı Fatimeyi-Zəhranın (s.ə) anadan olması münasibətilə Ali Rəhbər Ayətullah Xamenei  bu gün İmam Xomeyni (rə) adına hüseyniyədə  Əhli-beyt (ə) məddahları ilə görüşüb. 

İsmət və paklıq xanımı Fatimeyi-Zəhranın (s.ə) anadan olması münasibətilə Ali Rəhbər Ayətullah Xamenei  bu gün İmam Xomeyni (rə) adına hüseyniyədə  Əhli-beyt (ə) məddahları ilə görüşüb. 
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "Leader.ir" saytına istinadla xəbər verir ki,  Ali  Rəhbər Həzrət Fatimeyi-Zəhranın (əs) həyatının müxtəlif mərhələlərinin ictimai örnək, nümunə olmasını açıqlayıb. 
Görüşün əvvəlində Əhli-Beyt (ə) məddahlarının bir qrupu İslam Peyğəmbərinin möhtərəm qızının şanına həsr edilmiş əsərlərini oxudular.
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu gün (15 fevral) Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludunun növbəti ildönümü münasibətiylə Əhli-Beyt (ə) şairi, məddah və zakirləri ilə görüşüb.

Ali Dini Rəhbərin çıxışından bəzi hissələri təqdim edirik: "Əhli-Beyt (ə) və şəhidlərin xatirəsini anmaq - Kərbəla hadisəsindən günümüzə qədər davam edən geniş bir ənənə halına gəlib. Bəzilərinin xəyal etdiklərinin əksinə, şəhidlərin xatirəsinə ağlamaq zəiflik deyil, əzm və qərarlılıqdır və bir insanın duyğularının ifadəsidir.

İndiki vaxtda da şəhidlər üçün təşkil olunan matəm mərasimləri və cənazə mərasimlərində gözyaşı tökmək - eyni zamanda izzət, güc və cəsarət hissini artırır.

Əhli-Beyt (ə) məddahları və zakirləri olaraq matəm mərasimlərini Əhli-Beytin (ə) istəyi və cəmiyyətin ehtiyacları istiqamətində apara bilərsiniz.

Şəhid general-leytenant Qasım Süleymani və Əl-Həşduş Şəbi komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndis üçün təşkil edilən cənazə mərasimi təkcə ölkə daxilində deyil, ölkə xaricində də böyük bir hadisə idi.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ABŞ-ın maksimum təzyiq siyasətini tənqid edərək, başqa xalqların vəhşi ABŞ dövlətinin tətbiq etdiyi təzyiqlərini 1/4 və ya 1/5 belə dözə bilməyəcəyini, ancaq İran xalqının buna möhkəm bir şəkildə müqavimət göstərdiyini bildirib.

Digər millətlər ABŞ-ın vəhşi dövləti tərəfindən edilən təzyiqlərin demək olar ki, 1/4 və ya 1/5 hissəsinə tab gətirmirlər, amma İran milləti qətiyyətlə müqavimət göstərdi və gücü hamını təəccübləndirir.

Bunlar Əhli-Beyt (ə) təlimlərinin, dini mərasimlərin və Həzrət İmam Hüseyn (ə) ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) bərəkətinə inamdan qaynaqlanır”.

Ad:
E-poçt:
* Comment: