Tehran (IQNA) - “Seçkilər günü milli bayram günüdür.Bu münasibətlə bütün vətəndaşlarımızı təbrik edirəm. Bu gün vətəndaş hüquqlarının qorunduğu günüdür. Seçkilərdə iştirak etmək şəri vəzifədir.”

“Seçkilər günü milli bayram günüdür.Bu münasibətlə bütün vətəndaşlarımızı təbrik edirəm. Bu gün vətəndaş hüquqlarının qorunduğu günüdür. Seçkilərdə iştirak etmək şəri vəzifədir.” - bunu İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Seyid Əli Xamenei cənabları bu gün səhər (21 Fevral 2020) İslami Şura Məclisi və Xobreqan Ekspertlər Şurası seçkilərində səs verdikdən sonra açıqlamasında bildirib.








