IQNA

10:15 - February 22, 2020
Xəbər sayı: 3486730
Tehran (IQNA) -  Qətərin dövlət nümayəndəsi Məhəmməd Müadi HƏMAS təşkilatının siyasi bürosunun rəisi Yəyha Sinvar ilə Qəzza zolağının yenidən tikilməsi layihəsini müzakirə ediblər.  

"Palinfo"nun məlumatına görə, Qətərin dövlət nümayəndəsi və HƏMAS təşkilatının siyasi bürosunun rəisi görüşərək Qəzzanın yenidən tikilməsi layihəsi çərçivəsində Qətərin 120 min Qəzzalı ailəyə nağd kömək etməsi barədə razılığa gəliblər.

Tərəflər bu görüşdə Qəzza zolağında yaşayn Fələstinli ailələrin məişətin yaxşılaşdırılması və bunun üçün Qəzza sakinlərinə müəyyən maddi vəsaitin verilməsi barədə söhbət ediblər.  

Görüşdə Qətər tərəfi Qəzzada yaşayan 120 min Fələstinli ailənin hər birinə aylıq 100 dollar verilməsi ilə razılaşıb.

Bundan əlavə qoca insanlara və 500 yeni ailə qurmuş cütlüyə də müəyyən maddi köməklər ediləcək.  

3880470

Teqlər: Fələstin ، Qəzza ، Qətər ، HƏMAS
Ad:
E-poçt:
* Comment:
* captcha: