IQNA

13:29 - March 26, 2020
Xəbər sayı: 3486957
Tehran (IQNA) - İşğalçı İsrail rejiminin polisinin mühafizəsi altında onlarla yəhudi məskunlaşmaçı dünən səhər Məscidül-Əqsanın həyətinə basqın təşkil edib.
Məscidül-Əqsanın Xalqla Əlaqələr səlahiyyətlisi Dr.Abdullah Maruf mövzuyla əlaqədar açıqlamasında bildirib ki, koronavirusa qarşı qabaqlayıcı tədbirlər bəhanəsiylə Məscidül-Əqsanın müsəlmanların üzünə bağlanmasına baxmayaraq, İsrail polisinin mühafizəsi altında onlarla yəhudi məskunlaşması həyətə girərək Burak divarı qarşısında Talmud ayinlərini həyata keçiriblər. 
 
Abdullah Maruf əlavə edib ki, dünən rejimin yüzlərlə əsgəri koronavirusa qarşı heç bir sağlamlıq tədbiri görmədən sıx qruplar şəklində Məscidül-Əqsaya basqın təşkil ediblər. 
 
Səlahiyyətli açıqlamasında, qlobal epidemiya qarşısında tətbiq olunan karantin və müalicə mövzusunda belə, işğalçı rejimin fələstinlilərə qarşı ayrı-seçkilik və irqçilik siyasətini qınayıb. /maide.az/
Ad:
E-poçt:
* Comment: