IQNA

16:47 - April 11, 2020
Xəbər sayı: 3487063
Tehran (IQNA) -  Fətvada qeyd olunub ki, bir müsəlman bütün ehtiyat tədbirlərini görməsinə baxmayaraq oruc tutacağı təqdirdə koronavirusa yoluxacağından qorxarsa, oruc tutmaq onun boynundan götürülür.

Tehran (IQNA) - Şiələrin ali təqlid mərcəsi Həzrət Ayətullah Üzma Sistaninin fətvasında qeyd olunub ki, bir müsəlman bütün ehtiyat tədbirlərini görməsinə baxmayaraq oruc tutacağı təqdirdə koronavirusa yoluxacağından qorxarsa, oruc tutmaq onun boynundan götürülür.

Ayətullah Üzma Seyid Əli Sistani koronavirusun geniş yayıldığı bir dönəmdə müqəddəs Ramazan ayının orucunun tutulması ilə bağlı sualları cavablandırarkən bildirib ki, Ramazan ayında oruc tutmağın vacibliyin fərdi bir vəzifədir. Oruc tutmaq üçün şərtlər uyğundursa başqasının koronavirusa tutub-tutmamasından asılı olmayaraq oruc tutmalıdır.  

Ancaq xəstəliyin inkişaf riskini evdə qalmaq, başqaları ilə yaxından təmasda olmamaq, maska və tibbi əlcəklərdən istifadə etmək, tez-tez dezinfeksiya etməklə azaldarsa və bu məsələ mükəlləfə şiddətli, dözülməz bir çətinlik yaratmazsa oruc tutmaq boynundan götürülmür.  

Həkimlərin koronavirusa tutulmamaq üçün susuzluğun və boğazın qurumasının qarşısını almaq üçün su içmək tövsiyələri oruc tutmağa mane yaratmır. Amma o şəxslər ki, əmindirlər oruc tutsalar virusa yoluxacaqlar və virusa yoluxma riskini azaltmağın heç bir yolu yoxdur və hətta evdə qalmaqla, digər qabaqlayıcı tədbirlər görməklə də bu mümkün deyil, o şəxslərin üzərindən oruc götürülür, digər şəxslərə isə oruc vacibdir.

Ramazan ayında işlərini tərk etmək və virusa yoluxmamaq üçün evdə qalmaq imkanı olanların üzərindən orucun vacibliyi hökmü götürülmür, onlar oruc tutmalıdırlar.

Ancaq hər hansı bir səbəbdən işlərini tərk edə bilməyənlər və gün ərzində su içməsələr, virusa yoluxacaqlarından və xəstəlikdən qorumaq üçün başqa bir şey edə bilməyəcəklərindən qorxanlara oruc vacib deyildir. Əlbəttə onların cəmiyyət arasında yeyib-içməyi və orucu batil edən işləri aşkara etməkləri caiz deyil.  

Tamamilə aydındır ki, Ramazan orucu ən vacib dini vəzifələrdən biridir və həqiqi bir səbəb istisna olmaqla bundan çəkinmək caiz deyildir. Hər insan öz vəziyyətinə başqalarına nisbətən daha çox agahdır".

Mənbə: Eastnews.org

 

Ad:
E-poçt:
* Comment:
* captcha: