IQNA

23:20 - April 17, 2020
Xəbər sayı: 3487096
Tehran (IQNA) - Sionist rejim kabineti Mossaddan korona ilə mübarizə üçün 130 milyon tibbi avadanlıq və dərman hazırlamasını istəyib.

"Arabi 21" veb saytının məlumatına görə, İsrailin rejiminin kəşfiyyat orqanlı olan Mossadın texnologiya mərkəzinin rəhbəri, Mossadın digər ölkələrin artan ehtiyaclarına görə satmaq istəmədikləri tibbi maskaları təmin etmək üçün, işğal edilmiş ərazilərdəki korona böhranının təhlükəsi ilə əlaqədar olaraq bu materialları oğurladığını etiraf edib.

Maide.Az xəbər verir ki, bu çərçivədə "New York Times" qəzeti bir məqaləsində müxtəlif ölkələrdə korona epidemiyasına görə tibbi və terapevtik məmulatların oğurlanmasında Mossadın roluna işarə edərək, bu dəfə Mossad əməkdaşlarının ictimai səhiyyə, tibbi və müalicə cihazlarının oğurlanması sahəsində irəlilədiyini yazıb.
"New York Times" qəzetinin yazdığına görə, Mossad bu çərçivədə geniş əməliyyat mərkəzi yaradıb.
Sionist rejim kabineti Mossaddan korona ilə mübarizə üçün 130 milyon tibbi avadanlıq və dərman hazırlamasını istəyib.
Rejiminin parlamentdəki gizli hesabatında göstərilir ki, İsrailin koronavirusla mübarizə üçün kifayət qədər tibbi avadanlığı yoxdur.
Teqlər: MOSSAD ، maska ، sionist rejim
Ad:
E-poçt:
* Comment:
* captcha: