IQNA

11:52 - May 06, 2020
Xəbər sayı: 3487193
Tehran (IQNA) -  Yaponiyanın ilk məscidi Kobe şəhərində tikilmişdir. Məscidin 90 illik tarixi vardır. Bu məscid Asiyanın şərqində tikilmiş ən qədim məscidlərdən biridir.

Kobe şəhərinin İslami Komitəsinin təşəbbüsü ilə keçirilmiş xeyriyyə kampaniyasında məscidin tikilməsi üçün vəsait toplanmış və 1928-ci ildə məscidin inşasına başlanılmış və 1935-ci ildə möminlərin istifadəsinə verilmişdir.

Məscid Çexislovakiyalı memar Jan Josef Švagr tərəfindən dizayn edilmişdir.

İkinci dünya müharibəsində bombardmanların qarşısında davamlı olan məscid insanların sığınacağına çevirilmişdir.

Bu məscid 1943-cü ildə Yaponiyanın hərbi dəniz qüvvələri tərəfindən müsadirə edilmiş, amma buna baxmayaraq məscid öz fəaliyyətini davam etdirmişdir.

Möhkəm tikilmiş bu məscid 1995-ci ilin böyük zəlzələsindən də salamat çıxmışdır.

Qədim qərb binaları memarlığı üsulunda tikilmiş bu məscid hazırda Kobe şəhərinin məşhur turizm sahələrindən biridir.   

3896448

 

نگاهی به اولین مسجد ژاپن + تصاویر

نگاهی به اولین مسجد ژاپن + تصاویر

نگاهی به اولین مسجد ژاپن + تصاویر

نگاهی به اولین مسجد ژاپن + تصاویر

نگاهی به اولین مسجد ژاپن + تصاویر

نگاهی به اولین مسجد ژاپن + تصاویر

Ad:
E-poçt:
* Comment:
* captcha: