IQNA

11:57 - May 13, 2020
Xəbər sayı: 3487230
Tehran (IQNA) – İraqın Nəcəf şəhərində, İmam Əlinin (ə) müqəddəs hərəmində o həzrətin (ə) zərbətlənməsi və şəhadət günləri münasibəti ilə əzadarlıq bayrağı qaldırıldı.

 

İmam Əlinin (ə) zərbətlənməsi və şəhid edilməsi münasibəti ilə hər il keçirilən əzadarlıq mərasimi qara bayrağın qaldırılması, rövzə və mərsiyə oxunması və İmam Əli (ə) hərəminin idarə heyətinin baş katibi Mühəndis Yusif Şeyx Razinin çıxışı ilə başlayıb.

İmam Əlinin (ə) günbəzi üzərinə qara bayrağın qaldırılması mərasimində müqəddəs hərəmin idarə heyətinin rəis müavini Sahib Rizvan, idarə heyətinin üzvləri və hərəmin işçiləri iştirak ediblər.

Qeyd edək ki, Ramazan ayının 18-dən 19-na keçən gecə həm də Həzrət İmam Əli ibni Əbu Talibin (ə) İraqın Kufə məscidində sübh namazında xəvaric tərəfindən zərbətləndiyi gecədir. Bu qılınc yarasından 2 gün sonra İmam Əli (ə) şəhadətə qovuşub.  

3898511

 

Ad:
E-poçt:
* Comment:
* captcha: