IQNA

11:55 - May 16, 2020
Xəbər sayı: 3487243
Tehran (IQNA) – Səudiyyə Ərəbistanın MBC peyk televiziya kanalı Amerikanın terrorla şəhid etdiyi Ortaq Şərqin tanınmış anti-terror siması Şəhid Əbu Mehdi Mühəndisi təhqir edib.  

Dünyaya terrorçu ixrac edən, Orta Şərqdə və bir sıra müsəlman ölkələrində milyonlarla günahsız müsəlmanın qanının tökülməsinə səbəb olan Səudiyyə Ərəbistanın "MBC" peyk televiziya kanalı Şəhid Əbu Mehdi Mühəndisi terrorist adlanırıb.

İraqın Milli Məclisinin Rabitə və İnformasiya Komissiyası ötən gün, Cümə günü, 15 May 2020, bəyanat yayaraq sözü gedən televiziya kanalının addımını məhkum edərək İraq xalqından rəsmi formada üzr istəməsini tələb edib.

İraqın Milli Məclisinin Rabitə və İnformasiya Komissiyası bəyanatında deyilir: MBC kanalı bundan öncə də İraqın məşhur şəxsiyyətlərini müxtəlif ittihamlara təhqir edib. Bu dəfə isə həyatını terrorizmə qarşı mübarizə və cihadda keçirən Şəhidi Əbu Mehdi Mühəndisi terrorçu adlandırıb.    

Bəyanatda vurğulanır: MBC peyk televiziya kanalı bu əsassız sözünə görə İraq xalqından rəsmi şəkildə üzr istəməsə İraqdakı bütün dəftərxanaları həmişəlik bağlanacaq.

İraqın Milli Məclisinin Rabitə və İnformasiya Komissiyası əlavə edib: Bundan sonra bu kimi səhvlərə yol verən və maddi himayədarlarının kimliyi hamıya bəlli olan digər oxşar peyk kanallara qarşı da ölçü götürüləcəkdir.

Bəyanatda deyilir: Şəhid Əbu Mehdi Mühəndis yanar bir məşəl kimi həmişə tarixdə qalacaqdır. Kinəli düşmənlərin İraqın qəhrəman simalarını və həyatlarını zalim düşmənlər mübarizəyə həsr etmiş şəxsiyyətlərini təxrib etmək çabaları boşa çıxacaq.  

3899037

 

Ad:
E-poçt:
* Comment:
* captcha: