IQNA

Azərbaycan İslam Partiyası Qüds günü ilə bağlı qətnamə yaydı

15:01 - May 22, 2020
Xəbər sayı: 3487279
Tehran (IQNA) - Biz İslamçılar, müqəddəs Qüdsün, İraqın, Əfqanıstanın, Suriyanın, Liviyanın, Bəhreynin, Yəmənin, Kəşmirin, Dağlıq Qarabağın və digər müsəlman ərazilərinin işğalına son qoymağı tələb edirik.

Azərbaycan İslam Partiyası Beynəlxalq Qüds günü münasibətilə işğalçı sionist rejim adlanan İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı, amma müraciətə cavab verilməyib.

Partiyadan bildirilib ki, pandemeya ilə bağlı məhdudiyyəti nəzərə alaraq səfirlik qarşısında piket fərdlərin ayrı-ayrılıqda etirazı ilə əvəz edilib: "AİP müxtəlif bölgələrdə yaşayan üzvləri  Qüdsün, müqəddəs müsəlman torpaqlarının işğalına qarşı qəbul olunmuş bu qətnaməni evlərində, məhəllələrində əqidələri qarşısında dayanaraq sionist İsrail rejiminə, qəsbkar ermənilərə və onları dəstəkləyən ABŞ və Qərb dairələrinə qəzəb, nifrət hissilə oxuyur, zülmə qarşı etirazlarını bildirirlər.

Q Ə T N A M Ə

Biz İslamçılar, müqəddəs Qüdsün, qədim Fələstin torpaqlarının, həmçinin İraqın, Əfqanıstanın, Suriyanın, Liviyanın, Bəhreynin, Yəmənin, Kəşmirin, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın, digər müsəlman ərazilərinin işğalına son qoymağı tələb edirik. 

Yaratdığınız qondarma İsrail dövlətinin, Ermənistanın və bu işğalçı rejimləri himayə edən Amerika başda olmaqla istismarçı ölkələrin müsəlman xalqlara qarşı apardıqları soyqırım və etnik təmizləmə siyasətini qətiyyətlə rədd edirik. Fələstinin Qəzza bölgəsində insanların-qoca, qadın, körpə bilmədən cəllad xislətli əsgərləriniz tərəfindən qətliam edilməsini, minlərlə insanın yaralanmasını bəşəri cinayətin bariz nümunəsi kimi qiymətləndirir, müqəddəs Qüds şəhərindən əllərinizi çəkməyi tələb edirik. 

Dünyada apardığınız istismar və qəsbkarlıq siyasətinizlə Yaxın Şərqi, tarixən sülh və əminamanlıq torpağı sayılan Qüdsü qan gölünə döndərmisiz.  Əliyalın insanların dinc etirazlarına dözməyən sionist rəhbərləriniz məzlum fələstinliləri gülləbaran etmək üçün qaniçən əsgərlərə verdikləri yaylım atəşi əmri tezliklə  zalım xuntanızın sonunu yaxınlaşdıracaq. Zülm və məşəqqət nümunəsinin daşıyıcısı olan sionizm ideologiyası bu bölgədə yaşayan xalqları, o cümlədən də yəhudi xalqını cana doydurmuşdur. Bir-birini əvəz edən hakim dairələrin əsiri olan yəhudi xalqı cinayətkar dəstənin qurbanına çevrilmişdir. Tövratı saxtalaşdıran bu ideologiya dünyanın imperialist qüvvələrinin təsiri və himayəsi sayəsində, eyni zamanda qədim Fələstin torpaqlarının tarixini də saxtalaşdırmağa cəhdlər göstərir, bu xalqın fundamental dəyərlərini ayaqlar altına atır. 

Biz yaylım aksiya iştirakçıları hesab edirik ki, işğalçı bir rejimin rəsmi nümayəndələri işğala məruz qalan bir dövlətin, xalqın, müsəlman ümmətinin dostu ola bilməz. Sionist əlaltılarının müqəddəs müsəlman məmləkətlərində diplomatik fəaliyyət göstərməyə mənəvi haqqı yoxdur. Sizlərin qaniçən rəhbərlərinizə dünyanın bir neçə ölkəsində cinayət işi açılaraq həmin dövlətlərə səfərlərinə qadağalar qoyulmuşdur. Çünki onlar təkcə fələstinlilərə deyil, yəhudi xalqına, insanlığa qənim kəsilmiş, qəzəb və nifrətə layiq görülmüşlər. Murdar caynaqlarınızı müqəddəs torpaqlardan çəkin və rədd olun. Biz müsəlmanların ilk qibləsi, səmavi dinlərarası sülh şəhəri Qüdsün ABŞ tərəfindən israilin paytaxtı kimi qəbul etməsini tarixin ən böyük səhvi, ciddi fəlakətlərin səbəbi və başlanğıcı hesab edirik. Tarixdə ən kəskin mənəvi tənəzzül dövrünü yaşayan bir qondarma rejim hesab edirik ki, heç bir xalqa və dövlətə nümunə göstərilə bilməz. İsrailin sionist rəhbərləri  20-ci əsrin ortalarından başlayaraq Fələstin xalqına dəhşətli və böyük fəlakətlər yaşadır, bu xalqın tarixi torpaqlarını qəsb etməkdə davam edir. 

Biz uzaqgörən nəzərlərlə müəyyənləşən unudulmaz Beynəlxalq Qüds Günü  təqviminin sionist İsrail qondarma dövlətinin qəsbkarlıq anlamında olan bütün siyasətinin qarşısının alınması üçün müsəlmanların öndə gedən mübarizə bayrağına çevriləcəyinə inanırıq. Sülhsevər bəşəriyyəti, müsəlman dövlətlərinin liderlərini, dünyanın tərəqqipərvər xalqlarını, o cümlədən yəhidi xlqını onlara başıaşağılıq gətirən sionist İsrail rəhbərlərinə və onların himayədarlarına qarşı mübarizəyə, yer üzünü bu bəladan xilas etməyə çağırırıq.  

Hesab edirik ki,bütün dünyada zülmə qarşı etirazı özündə ehtiva edən bu tarixi gündə zalımlara nifrət hissi alovlanmaqdadır. Rəhm və mərhəmətdən uzaq olan qəsbkar rejimlərin istismarçı fəaliyyəti artıq İslam vəhdətini keçilməz, zülmdən qurtuluş üçün əvəzlənməz bir zərurətə çevirmişdir. İşğalçı siniflərə himayədarlıq edən güc mərkəzləri-bəzi Qərb dairələri, başda ABŞ olmaqla yeni müstəmləkəçilik, istismarçılıq, müsəlman xalqlarına qarşı əsarət niyyətlərini reallaşdırmaqla sionizmdən diqqəti yayındırmağa çalışırlar. Müsəlman dövlətlərin işğalçılar tərəfindən hərbi təcavüzə  məruz qalmasına və müqəddəs torpaqların istismarçı dövlətlərin qəsbkar ordu qüvvələrinin əsarətində inləmsinə son qoymağın vaxtı yetişmişdir. Torpaqlarımızın azad edilməsi biz müsəlmanlardan Beynəlxalq Qüds Gününün böyük əhəmiyyətinə, bu tarixi günün İslamın və müsəlman dünyasının taleyində  mühüm önəm kəsb etməsinə diqqətlə yanaşmağı tələb edir. 

Sözsüz ki, İslam vəhdəti ilə, zülmün, istismarın, işğalın və qəsbkarlığın qarşısında  birgə dayanmaqla həmin mərkəzlərin niyyətlərini puç etmək mümkündür. Biz bütün dünya müsəlmanlarını öz ölkələrinin istismarçı dövlətlər tərəfindən, başda sionist İsrail rejimi olmaqla  silah satışı bazarına çevirməsinə yol verməməyə çağırırıq. Onların məqsədi sözsüz ki, müsəlmanların rifahı və xoşbəxtliyinin təminatı deyil. Əsas hədəfləri bizləri qarşı-qarşıya qoyaraq məhv etməkdir. Bununla onlar dünyaya nəzarəti ələ keçirmək, mənəviyyatımızı aradan aparmaq, malik olduğumuz maddi sərvətlərimizi talan etmək istəyindədirlər.   

Biz bu ədalətsizliyə  və haqsızlığa yol verməz, birliyimiz, vəhdətimiz, həmrəyliyimizlə Allahın biz müsəlmanlara əmanət verdiyi  torpaqları, o cümlədən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızı azad edəcək, cinayətkarları cəzasız qoymayacağıq! Allahın dostları ilə dost, düşmənlərilə düşmən olacağımıza and içirik!"

captcha