IQNA

9:04 - June 01, 2020
Xəbər sayı: 3487320
Tehran (IQNA) -  İstambulun fəthinin 567-ci ildönümü münasibəti ilə bu şəhərin ən qədim memarlıq, tarixi və dini abidəsi olan Ayasofiya məscidində Quran və dua oxunub.

Türkiyənin İstambul şəhəri (Konstantinopol) 1453-cü ildə Osmanlı şahı Məhəmməd əl-Fateh tərəfindən fəth edilib. Şəhər fəth edildikdən sonra Ayasofiya kilsəsi came məscidə çevirilib. Ayasfoyiya məscidi 1935-ci ildə Mustafa Kamal Atatürkün hökmü ilə sekulyar muzeyə çevirilincəyədək burada Cümə namazları qılınıb.    

Keçən həftənin Cümə günü (29 May 2020) Ayasofiya məscidində bu qələnə münasibəti ilə keçirilən Quran qiraəti və dua mərasimi sosial şəbəkələr üzərindən və peyk kanalları ilə canlı yayımlanıb.

Sosial şəbəkələr və peyk kanallarından geniş izləciyi kütləsi ilə qarşılan bu mərasimin tamaşaçılarından biri də Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan olub.  

Osmanlı türklərinin 1453-cü ildə İstambulu fəth etməsinə qədər Ortodoks xristianların kilsəsi olmuş Ayasofiya məscidində Quran tilavət etməsi Yunanlıları əsəbləşdirib.

Bu mübarək Ramazan ayının 19-da keçirilən bu mərasimi Yunanıstan dövləti bəyanat yayaraq məhkum edib. Bəyanatda deyilir: "Ayasofiya muzeydir və tarixi mədəniyyət əsərlərindən biridir və bu o cür də qalmalıdır. Türkiyənin bu addımı (Ayasofiyada Quran tilavət edilməsi) UNSECO-nin bu barədəki razılaşmasına ziddir.

Türkiyənin xarici işlər nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstanın bu iddiasına cavab olaraq deyib: Muzeydə Quran tilavət edilməsi UNSECO-nun bu qədim abidə barədə qərarına zidd deyil. Avropa məscidlərindən Azan səsinin eşidildiyi zamanda bir məscidi belə olmayan Yunanıstanın belə bəyanatla çıxış etməsi bu ölkədəki mənəviyyat böhranının göstəricisidir. Yunanınstanın bu etirazları həmişə nəticəsiz qalacaqdır.

Hami Aksoy əlavə edib: Ayasofiya muzeyi Türkiyə xalqı üçün və bütün dünyada qiymətlidir. Və biz bu qiymətli mədəni irsi qoruyacayıq. Yunanıstana da tövsiyəmiz budur ki, tarixi kinələrinə son versin.

3902130       

3901848

Ad:
E-poçt:
* Comment:
* captcha: