IQNA

11:56 - June 01, 2020
Xəbər sayı: 3487324
Tehran (IQNA) – İran İslam Respublikasının Serbiyanın paytaxtı Belqrad şəhərindəki Mədəniyyət Əlaqələri Mərkəzi Həzrət İmam Xomeyninin vəfatı münasibəti ilə sərgi keçirib.

İslam İnqilabının dahi rəhbəri Həzrət İmam Xomeyninin vəfatının 31-ci ildönümü münasibəti ilə təşkilən edilən bu fotosərgi virtual məkanda 3G formatında keçirilib.

Həzrət İmam Xomeyninin fərdi, dini, siyasi və ictimai həyatını ehtiva edən bu sərgi ötən gün (31 may 2020) başlayıb və on gün davam edəcək.

"Yarın həsrəti" adlanan bu sərgiyə tamaşa etmək istəyənlər İran İslam Respublikasının Serbiyanın paytaxtı Belqrad şəhərindəki Mədəniyyət Əlaqələri Mərkəzinin saytına müracitə edə bilərlər.

YARIN HƏSRƏTİ

3902311

 

Teqlər: İmam Xomeyni ، Serbiya ، Belqrad ، sərgi
Ad:
E-poçt:
* Comment:
* captcha: