IQNA

Akif Heydərli:
9:27 - June 06, 2020
Xəbər sayı: 3487338
İran İslam İnqilabının dahi Rəhbəri İmam Ruhullah Musəvi Xomeyni (r.ə) rəşadətli bir inqilab ruhiyyəli, qələbə amallı, azadlılq ünvanlı yenilməz həyat yolu qət etdi.

Həbslər, sürgün və hicrətlərlə müşahidə olunan inqilab yolunda yorulmamaq, hər növ təcridlərə qalib gələrək bir an belə sarsılmamaq, zülmə, müstəbidliyə, istibdada və köləliyə qarşı barışmamaq nümunəsi yaradan bu qeyri-adi mütəfəkkir olan İmam Xomeyni planetimizə unudulmaz məktəb bəxş etdi. Azadlıqsevən xalqlar bu gün və gələcəkdə İmam Xomeyni inqilab məktəbinin qüdrətindən bəhrələnərək istibdad zəncirinin həlqələrini asanlıqla qıra bilirlər. 

İnqilab Rəhbəri yaşadığı cəmiyyətin layiq olmadığı bir pozucu rejimin köləsi olduğu muhitin mahiyyətini çox ustalıqla açmaq üşün Allahın Ona verdiyi fitrətdən yararlandı. 1963-cü ildən 1978-ci ilə kimi İmam Xomeyni bütün təcrid və təhdidlərə baxmayaraq insanları xarici qüvvələrin ölkəni və ölkə xalqını öz tamahlarına qurban verməyi, hakimiyyətə xalqla necə rəftar etməyi diktə etməklə onu alçaltmağı, cəmiyyəti bütövlükdə mənəvi tənəzzülə uğratmağı qəbul etməməyə hazırlamaqla qələbənin təminatını yaratdı.

İnqilabın qələbəsi imperialist dairələri çox ciddi narahat etdi. Onlar dünyada qələbə ilə nəticələnən inqilabın və yeni siyasi sistem olan həqiqi İslam dövlətçilıiyinin yaranmasını, inkişafını qəbul edə bilməzdilər. Məhz buna görə də Amerika başda olmaqla istismarçı siniflər İslam dövlətinə qarşı xarici hərbi müdaxilələrin təşkilinə, himayəçisi olmağa ciddi səylər göstərdilər. Amma onlar başa düşmürdülər ki, inqilabın qələbəsini bir qrup insan deyil, bütöv İran xalqı təmin edib və bu mücahid, şəhidpərvər xalq heç zaman, heç bir düşmənə yaratdıqları sistemə əl uzatmağa imkan verməyəcək.

Xalqı üçün, dini və ölkəsi üçün yaşadığı həyat yolu, qəhrəmanlıq dühası və uzaqgörən dünyagörüşü, Uca Yaradanın İnsandan istəyinin təcəllası İmam Xomeynini ölməzliyə qovuşdurdu. Bu günlər İmamın Allahın hüzuruna yollandığı və şah rejimi ilə mübarizəyə başladığı günlərin ildönümüdür. Bütün dünyanın tərəqqipərvər, zülmə baş əyməyən xilqətləri bu nümunəvi İnqilab Rəhbərinin həyatının hər gününü və o cümlədən tarixi əlamətdar günlərini böyük şövqlə qeyd edir. Bu münasibətlə İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamnei Cənablarına, İran xalqına təsniyyət və təbrikimizi bildiririk.

Akif Heydərli,
AİP funksioneri

Mənbə: İslamınsesi

Ad:
E-poçt:
* Comment:
* captcha: