IQNA

9:39 - June 09, 2020
Xəbər sayı: 3487363
Tehran (IQNA) -  Hindistanın Racistan əyalətinin Çuru regionunun Sədrar şəhərində müsəlmanlara qarşı ayrı-seçkilik edilib. Xəstəxananın məsulları müsəlman xəstələri vizit etməyiblər.

Bu xəstəxananın tibbi kadrlarının bir-biribi ilə onlayn "WhatsApp" danışıqları ölkədə qalmaqal yaradıb. Sosial şəbəkə qrupundan söhbətlərşən həkimlər müsəlman xəstələrin xəstəxanaya qəbul edilməməsini "yaxşı iş" hesab ediblər.

Onlyan qrupda olan həkimlər ölkədə müsəlmanların arasında daha çox "koronavirus"a tutulanların olduğunu iddia edərək müsəlmanların müsəlman həkimlərə müraciət etmələrini deyiblər.

Bu qrupda olan həkimlərdən biri vurğulayıb ki, mən müsəlman xəstələrin ortopedik fotosunu çəkməyəcəm.

Bu söhbət media gündəminə gəldikdən sonra Sanil Çudri (xəstəxananın rəisi) sosial şəbəkə vasitəsi ilə müsəlmanlardan üzr istəyib və həkimlərin bu söhbətdə müsəlmanları təhqir etmək niyyətində olmaqdıqlarını elan edib.

O əlavə edib: Xəstəxanamızın cəmiyyətimizdə yaşayan hansısa fərdinə xidmət göstərməmək kimi bir niyyəti olmayıb.

Yerli müsəlman icmalarından birinin rəhbəri xəstəxana həkimlərinin bu rəftarı barədə polisə şikayətindən sonra məsələ ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, koronavirus pandemiyasından sonra Hindistanda bəzi xəstəxanalarda müsəlmanlara qarşı ayrı-seçkilik faktları qeydə alınıb. Hətta xəstəxanaların bu məsuliyyətsiz davranışına görə iki uşaq da dünyasını dəyişib.   3903788

Ad:
E-poçt:
* Comment:
* captcha: