IQNA

17:28 - June 15, 2020
Xəbər sayı: 3487405
Tehran (IQNA) - İranın Mədəni irs, turizm və əl sənətləri naziri Əli Əsğər Munisan gələn həftə qapıları xarici turistlərə açmağa hazırlaşdıqlarını söyləyib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, turizm sənayesi işçiləri ilə bir iclasda danışan nazir Munisan bütün səylərini gələn həftə xarici turistlərə ölkənin qapılarını açmağa yönəltdiklərini bildirib.

İranlı nazir bir neçə həftə əvvəl otellərə sağlamlıq protokolları ilə bağlı bir tələbnamə verildiyini və yay tətilinin başlaması ilə daxili turizmdə canlanmanın şahidi olduğunu söyləmişdi.

Avropa İttifaqının İranın koronavirusun yayılması ilə bağlı hesabatına toxunan nazir Munisan, hesabatın müsbət olduğunu, turizm mütəxəssisləri üçün yaxşı bir xəbər sayıldığını vurğulayıb.

“Bu hesabat xarici turistlərə İranın koronavirusdan təmizlənməsi və ziyarət edilə biləcəyi barədə müsbət bir mesaj verir”, - deyə o, bildirib.

Ad:
E-poçt:
* Comment:
* captcha: