IQNA

9:36 - June 19, 2020
Xəbər sayı: 3487432
Tehran (IQNA) -  Peyğəmbərin (s) məşhur qaradərili azançısı Bilah Həbəşinin vətəni Efiopiyada onun adını daşıyan zəngin bir muzey fəaliyyət göstərir.

Bu muzey Efiopiyanın, İslam və müsəlmanların ən qədim və tarixi əsərləri və mədəni irsinin xəzinəsidir.

Qədim adı Həbəşistan olan Efiopiya xalqı o zamanın xalqları arasında İslam dinini qəbul edən ilklərdən oldu. İlk dəfə Peyğəmbərin (s) yaxın səhabələri bu ölkəyə hicrət edərək İslam dinin orada yaydılar.

Buna görə də İslam və müsəlmanların tarixi binaları, mədəni və elmi irsi bu ölkədə zəngindir və Həbəşistanın paytaxtı Addis-Ababanın Ədr rayonunun "Məkanisa" adlnan ərazisində "Bilah Həbəşi" adını daşıyan muzey fəaliyyət göstərir.  

Bu muzeyi və digər bir mədəni işlərlə məşğul olan kitabxananı Efiopiyanın "Bilah Həbəşi Dərnəyi" 2000-ci ildə təsis edib. Onların hədəfi bu ölkədə olan İslami irsi paytaxtda mərkəzləşdirmək və ölkənin İslami irsi, keçmiş nəsillərin tarixi mirasını, elm və mədəniyyət əsərlərini dünyaya tanıtmaq olub.

Dörd əsas salondan ibarət olan muzeydə qədim əlyazma nüsxələri, saxsı qablar, qədim geyimlər, dini əşyalar, memarlıq əsərlərinin nümunələri, qədim məscidlərin tabloları, müsəlmalara aid qədim məqbərələr, dini şəxsiyyətlər və hakimlərin rəsmləri yer alıb.  3905551

Ad:
E-poçt:
* Comment:
* captcha: