IQNA

17:44 - June 23, 2020
Xəbər sayı: 3487460
Həcc ziyarəti üçün ödəniş edənlərin vəsaitlərinin özlərinə qaytarılmasına başlanılıb. Ziyarət üçün ödənilən vəsait tam şəkildə birdəfəlik ödəmə ilə şəxsin özünə qaytarılacaq.
Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.
Həcc ziyarəti üçün ödəniş edənlərin vəsaitlərinin özlərinə qaytarılmasına başlanılıb. Ziyarət üçün ödənilən vəsait tam şəkildə birdəfəlik ödəmə ilə şəxsin özünə qaytarılacaq: "Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi. Artıq ödənişlərin qaytarılmasına başlanılıb və hər kəsin vəsaiti özünə qaytarılacaq".
Qeyd edək ki, martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.
Ad:
E-poçt:
* Comment:
* captcha: