Suriyanın şimalındakı yerli mənbələr Deyr Əz-Zor əyalətində ABŞ hərbi karvanının yolunda bir partlayış olduğunu bildiriblər.

Suriyanın rəsmi xəbər agentliyi SANA Suriyanın şərqindəki ABŞ qoşunlarının karvanı yaxınlığında bomba partladığını bildirib.
Deyerler.org xəbər verir ki, Suriyanın şimalındakı yerli mənbələr Deyr Əz-Zor əyalətində ABŞ hərbi karvanının yolunda bir partlayış olduğunu bildiriblər.
Bombanın vilayətin Əl-Sabha qəsəbəsindəki İsa Əl-Osman məhəlləsinin yaxınlığında partladığını söyləyirlər.
Partlayış nəticəsində tələfatın olub olmaması barədə məlumat verilməyib.
ABŞ koalisiyasından da hadisə ilə bağlı açıqlama verilməyib.
Suriya ordusu dünən (2 iyul) Əl-Hasəkə əyalətində (Suriyanın şimal-şərqində) ABŞ hərbi karvanının qarşısını kəsmişdi.