IQNA

16:22 - July 08, 2020
Xəbər sayı: 3487584
ABŞ-ın Arizona ştatında yerləşən Finiks şəhərində polis qüvvələrinin avtomobilin daxilindəki silahsız bir şəxsə atəş açması kütləvi aksiyaların keçirilməsinə səbəb olub.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, "Demokratiya İndi" internet portalının məlumatına görə, etirazçılar Finiks şəhərində aksiya keçirərək, Jeyms Porter Qarsiya adlı 28 yaşlı gəncin ölümü ilə nəticələnən bu şəhər polisinin ölümcül atəş açmasına aydınlıq gətirmək üçün bu atışmanın görüntülərinin yayılmasını tələb ediblər.

Şahidlərin xüsusilə bu hadisəni çəkən şahidin dediyinə əsasən, Qarsiya park edilmiş avtomobilinin içərisində və silahsız imiş. Lakin polis zabitləri onun silahlı olduğunu iddia edirlər.

Dörd polis zabiti silahlı olması bəhanəsilə onun avtomobilini mühasirəyə alaraq, atəş açmağa başlayıblar ki, bu 28 yaşlı gəncin ölümünə səbəb olub. 

Bu xəbər elə bir halda yayılır ki, cari ilin 25 may tarıxındə Minneapolis şəhərində afroamerikan Corc Floydun ağdərili bir polis zabiti tərəfindən öldürülməsindən sonra ABŞ-ın və bütün dünyanın müxtəlif şəhərlərində irqçiliyə qarşı geniş aksiyalar başlayıb və hələ də davam edir.

 

Teqlər: ABŞ ، polis ، Arizona ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: