IQNA

İndoneziyada Qurani-Kərimə hörmətsizlik edən şəxsə dörd il həbs cəzası verildi

11:20 - July 23, 2020
Xəbər sayı: 3487713
Tehran (IQNA) – İndoneziyanın şimalında yerləşən Sumatra əyalətinin Medan şəhərində Qurani-Kərimi təhqir edən 44 yaşlı şəxsə dörd il həbs cəzası verilib.

İndoneziyanın şimalında yerləşən Sumatra əyalətinin Medan şəhərində Qurani-Kərimi təhqir edən 44 yaşlı şəxsə dörd il həbs cəzası verilib.

Cari ilin əvvələrində (14 Fevral) baş vermiş bu hadisədə ittiham edilən şəxs yaşadığı qəsəbədəki əl-Məşum məscidində Quranın vəqərlərini cıraraq bu müqəddəs kitaba hörmətsizlik etmişdi.  

Medan şəhərinin məhkəməsi Doni İrawan Malayi adında bu şəxsi dövlət qanunlarının 156-cı cəza qanuna uyğun olaraq 4 il həbsə məhkum edib. Bu qanuna əsasən ictimai yerdə dinə və məzhəbə nifrət, təhqir və düşmənçilik yayan əməllərin edilməsinin 5 ilədək həbs cəzası var.

Müttəhim öz günahına etiraf edərək cəzasının yüngülləşməsini istəyib. Məhkəmə islamofob müttəhimin istəyini nəzərə alaraq qəti hökmün verilməsini gələn həftəyədə təxirə salıb.   /3912003

Teqlər: indoneziya ، sumatra ، Medan ، quran ، islamofobiya
captcha