IQNA

22:03 - July 25, 2020
Xəbər sayı: 3487728
Tehran (IQNA) - Məhəmməd Saleh bin Tahir Binton (Səudiyyə Ərəbistanın Həcc və Ömrə Naziri) bu xəbəri elan edərək deyib: İllik Həcc konfransı tarixdə ilk dəfə virtual və onlyan keçiriləcək.

Səudiyyə Ərəbistanın Həcc və Ömrə Nazirliyi 45-ci illik Həcc konfransını virtual və onlayn təşkil edəcək.

"MenaFN" inoformasiya portalının verdiyi xəbərə görə, Məhəmməd Saleh bin Tahir Binton (Səudiyyə Ərəbistanın Həcc və Ömrə Naziri) bu xəbəri elan edərək deyib: İllik Həcc konfransı tarixdə ilk dəfə virtual və onlyan keçiriləcək.

ZOOM proqramı vasitəsi ilə keçiriləcək virtual konfransda alimlər, fəqihlər və həkimlər iştirak edəcəklər.

İllik Həcc konfransı Səudiyyə Ərəbistanın Həcc və Ömrə Nazirliyinin sosial şəbəkə hesablarından canlı yayımlanacaq.

Konfrans həftənin Bazar Ertəsi günü, 27 İyul 2020-ci il, "Ümumi sanitariya qaydaları və onların elmi praktikası Peyğəmbərin (s) sünnəsində" ünvanı ilə keçiriləcək.   

Qeyd edək ki, illik Həcc konfransı 1970-ci ildən Səudiyyə Ərəbistanın İslami İşlər və İrşad və Dəvət Nazirliyinin təşəbbüsü ilə keçirilir.    /3912382

Ad:
E-poçt:
* Comment:
* captcha: