IQNA

8:58 - August 01, 2020
Xəbər sayı: 3487782
Ötən gün Gürcüstanın baş naziri Giorgi Qaxaria müsəlman din xadimlərilə biraraya gəlib. Baş nazir Qurban Bayramı münasibətilə müsəlman din xadimlərilə bir-araya gəlməsindən məmnuniyyətini ifadə edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "az.shafaqna" informasiya portalına istinadla verdiyi xəbərə görə, ötən gün (31 İyul) Gürcüstanın baş naziri Giorgi Qaxaria müsəlman din xadimlərilə biraraya gəlib. Baş nazir Qurban Bayramı münasibətilə müsəlman din xadimlərilə bir-araya gəlməsindən məmnuniyyətini ifadə edib.

Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Adam Şantadze, müfti Hacı Yasin Əliyev, “Alulbeyt Gürcüstan” təşkilatının sədri Hacı Faiq Nəbiyev, Muslimmedia internet telekanalının rəhbəri Vidadi Qurbanov və digərləri iştirak edib.

Çıxışı zamanı ölkəsindəki milli çoxluqlara işarə edən nazir deyib: “Ölkəmizin gücü onun çox millətliliyindədir, ona görə də biz öz çoxmilliyətliyimizə qayğı gəstəririk və bu gələcəkdə də belə olacaq.”

Qaxariya bildirib ki,  Gürcüstanda bütün dinlərin nümayəndələri ölkənin müvəffəqiyyətli gələcəyi üçün birlikdə mübarizə edirlər və bu hər zaman belə olacaq.

“Gürcüstanda yaşayan müsəlmanları Qurban Bayramı ilə təbrik edirəm. Təəssüf ki, pandemiyaya görə, bu bayramı lazım olduğu kimi qeyd edə bilmirik, ancaq ümid edirəm ki, bundan sonra daha fərqli olacaq. Müsəlman qardaşlarımız Gürcüstanın bütün vətəndaşları kimi bizim qardaşımızdır və ölkəmizin xöşbəxt gələcəyi üçün birlikdə çalışırıq. Bayramınız mübarək olsun, sizə müvəffəqiyyətlər və san sağlığı arzulayıram” – deyə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.

Ad:
E-poçt:
* Comment:
* captcha: