IQNA

Rusiyanın bu bölgəsində məscidlər və kilsələrin fəaliyyəti bərpa ediləcək

8:12 - August 26, 2020
Xəbər sayı: 3487983
Rusiyanın Xantı-Mansi muxtar dairəsi (XMMD və ya digər adı Yuqra) məhdudiyyətlərin götürülməsinin 2-ci mərhələsində inanclılara dini məkanlara getməyə icazə verəcək.

Az.shafaqna.com “Islam Today”-a istinadən xəbərə əsasən, Rusiyanın Xantı-Mansi muxtar dairəsi (XMMD və ya digər adı Yuqra) məhdudiyyətlərin götürülməsinin 2-ci mərhələsində inanclılara dini məkanlara getməyə icazə verəcək.

Bu barədə XMMD başçısı Natalya Komarova operativ qərargahın iclasında bildirib.

O deyib ki, bütün dini müəssisələrdə sanitar təhlükəsizlik tədbirlərinə əməl edilməlidir.

Dini təşkilatların obyektlərinə getməyə olan qadağanın götürülməsinə dair sənəd qəbul edilməyə hazırlanır”, – deyə Komarova qeyd edib.

Yuqra hökuməti məhdudiyyətlərin götürülməsi ilə bağlı 2-ci mərhələsində həmçinin əlavə təhsil və mədəniyyət müəssisələri açılacaq, kafe və restoranlara açıq hava altında qonaq qəbul etməyə icazə veriləcək.

Teqlər: xanti-mans ، məscid ، kilsə ، koronavirus
captcha