
Hicri 1442-ci il məhərrəm ayının daxil olması münasibətilə dünyanın hər yerində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə matəm məclisləri təşkil olunur.
Suriyanın paytaxtı Dəməşqdəki Xanım Zeynəbin (s.ə) mütəhhər hərəmində Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin nümayəndəsinin iştirakı ilə Məhərrəmlik məclislərinin keçirilməsinə başlanıb.
Məhərrəmlik mərasimi gigiyena qaydalarına riayət edilməsi ilə Həzrət Zeynəbin (s.ə) ziyarətgahının həyətində keçirilib.
Koronavirusun yayılması səbəbi ilə bağlı olan Həzrət Zeynəbin (s.ə) pak hərəmi, Tasua və Aşura yas mərasimlərinin keçirilməsi üçün gigiyenik qaydalara riayət olunması şərti ilə yenidən açılıb.