IQNA

21:06 - September 06, 2020
Xəbər sayı: 3488057
Türkiyə Xarici İşlər Nazirliyi Serbiya və Kosovonun səfirliklərini Təl-Əvivdən Qüdsə köçürülməsi qərarını kəskin tənqid edərək, bunu beynəlxalq qanunlara zidd adlandırdı.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Səhər Azəri bildirir ki, Türkiyə hökuməti Serbiya və Kosovonun öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürmələrini kəskin formada qınayıb. 

Türkiyə Xarici İşlər Nazirliyinin bu xüsusda yaydığı bəyanatda deyilir: "Biz bütün ölkələrdən BMT-nin qətnamələrinə əməl etmələrini, Qüdsün tarixi və qanuni statusuna hörmət etmələrini və Fələstin-İsrail münaqişəsinin həllini çətinləşdirən addımlardan çəkinmələrini istəyirik".

Bəyanatda Qüdsün işğal edilməsi və İsrailə birləşdirilməsi tamamilə qeyri qanuni addım adlandırılıb. 

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, BMT-nin qətnamələrinə əsasən Fələstin məsələsi 1967-ci il sərhədləri daxilində Fələstin ölkəsinin təsis edilməsi və Qüdsün Fələstinin paytaxtı olması yolu ilə həll edilməlidi. Bunu əsas tutaraq xarici ölkə səfirliklərinin Qüdsə köçürülməsi tamamilə qeyri qanuni hərəkət sayılır. 

Kosovo və Serbiya cümə günü öz səfirliklərini Təl-Əvivdən işğal edilmiş Qüds şəhərinə köçürmək qərarına gəldiklərini elan ediblər. 

Teqlər: Türkiyə ، Kosovo ، Serbiyanı
Ad:
E-poçt:
* Comment:
* captcha: