Malaziyanın Səbah əyalətindəki "Kota Kinabalu" üzən məscidi bu ölkənin ən məşhur və ən gözəl memarlıq əsərlərindən biridir.
Bu məscidin tikinti işləri 1989-cu ildə başlayıb. Məscid 2000-ci ildə rəsmi şəkildə açılaraq istifadəyə verilib.
Məscidin layihəsi Mədinə şəhərində yerləşən "Məscidun-Nəbi"nin üzərindən işlənib.
Malayların İslami memarlıqda şah əsəri sayılan və göl üzərində inşa edilmiş bu məsciddə eyni vaxtda 12 min nəfər namaz qıla bilər. /3921522/