IQNA

13:11 - September 10, 2020
Xəbər sayı: 3488080
İranın Qum şəhərində fransız «Charlie Hebdo» nəşrinin İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyə etiraz edilib.

Beynəxalq Quran Xəbər Agentliyi (IQNA) SəhərAzəri-yə istinadla xəbər verir, Qum şəhərində İmam Xomeyni(r.ə.) Beytinin qarşısında dini tələbələrin, əhalinin və universitet tələbələrinin fransız «Charlie Hebdo» nəşrinin əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyinin pislənilməsi istiqamətində aksiyası keçirilib.

Dini tələbələr, əhali və universitet tələbələri bu gün bu etiraz aksiyasında BMT-nin fransız «Charlie Hebdo» nəşrinin əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyi qarşısında zəif mövqe tutmasını tənqid edib, bu hörmətsiz hərəkəti pisləyiblər.

Qum Dini Elmlər Hövzəsinin İslami Təbliğat Ofisi də bir bəyanatda fransız «Charlie Hebdo» nəşri tərəfindən əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz təsvirlərin yayılmasını pisləyərək, bu hərəkəti insanlıq və sivilizasiya iddiaçılarının süqut etmələrinin nişanəsi adlandırıbdır.

Ad:
E-poçt:
* Comment:
* captcha: