Eastnews.org-un verdiyi xəbərə görə, İran istehsalı olan "Məğlub" animasiyası Nyu-York Beynəlxalq Uşaq Filmləri Festivalında ən yaxşı film seçilib.
Möhsin Rzapurun rejissoru olduğu animasiya 2020-ci ilin oktyabr ayından bir il boyunca amerikalı kino sevərlərlə görüşəcək.
Qeyd edək ki, sözügedən animasiya filmi daha əvvəl Nyu-York Beynəlxalq Uşaq Filmləri Festivalı və "Oscar" akademiyası tərəfindən təsdiqlənən Beynəlxalq Ştutqart Animasiya Film Festivalına da qatılıb.