Tehran (IQNA) - İranın "İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərkəzi qərargahı" İran-İraq sərhədlərinin bağlı və İraq sərhədinə tərəf ziyarət məqsədi ilə qrup və karvan halında yürüş edilməsinin qadağan olduğunu elan edib.
İranın "İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərkəzi qərargahı"nın cari ildə ƏRBƏİN piyada yürüşü barədə yaydığı ilk elanda bildirilir ki, ƏRBƏİN mərasiminin əzəmətli keçirilməsi üçün bütün hazırlıqların görülməsinə rəğmən ölkənin koronavirusla mübarizə qərargahının qərarına əsasən və həmçinin İraqda koronavirus pandemiyasının geniş yayılması və bu ölkədə tətbiq edilən ciddi karantin rejimi səbəbi ilə Səfər ayında İraqa ziyarət məqsədi ilə heç bir səfər reallaşmayacaq.
Elanda vurğulanır: Milli Koronavirusla Mübarizə Qərargahının tətbiq etdiyi sanitariya protokollarına əsasən qrup və karivan halında İraq sərhədlərinə tərəf hər bir yürüş qadağandır.
Elanda əzadarlardan istənilir ki, ƏRBƏİN mərasiminin baş tutacağı barədə sosial şəbəkələrdə gəzən şayiələrə inanmasınlar. /3923123