IQNA

12:37 - September 26, 2020
Xəbər sayı: 3488195
Tehran (IQNA) – Misrin camaat imamları, dini elmi mədrəsələr və Quran təlimi mərkəzlərinin üzvləri koronavirusa görə dayandırılmış Quran fəaliyyətlərinin başlanması tələbi ilə çıxış ediblər.

Tehran (IQNA) – Misrin məscid xətibləri, camaat imamları, dini elmi mədrəsələr və Quran təlimi mərkəzlərinin üzvləri koronavirusa görə dayandırılmış Quran fəaliyyətlərinin başlanması tələbi ilə çıxış ediblər.

Misrin məscid xətibləri, camaat imamları, Quran haifləzri, Quran qariələri, dini elmi mədrəsələr və Quran təlimi mərkəzlərinin üzvləri pandemiyaya görə tətil edilən mədrəsə və mərkəzlərin açılması ilə bağlı Misrin İslami Fondlar (Vəqflər) Nazirliyinə müraciət ediblər.

Onlar bəyaniyyə yayaraq Misrin İslami Fondlar (Vəqflər) naziri Şeyx Muxtar Cüməyə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir: "Böyüklər, cavanlar, yeniyetmələr və uşaqlar arasında milli və dini dəyərlərin yayılması və tolerant və orta düşüncə təfəkkürünün genişlənməsi hədəfi ilə elmi dini mədrəsələrin və Quran məktəblərinin fəaliyyəti zəruridir.

Biz, İslami Fondlar Nazirliyindən istəyirik ki, İslamın mesajını çatdırmaq hədəfi ilə sanitariya protokollarının riayət ediləcəyi çərçivədə Quran fəaliyyətlərinin başlanmasına icazə verilsin.     /3925181

Ad:
E-poçt:
* Comment:
* captcha: