IQNA

7:11 - October 01, 2020
Xəbər sayı: 3488234
Tehran (IQNA) – "Bir faciənin doğulması; Kəşmir 1947" adlanan bu kitabı İngiltərəli yazar Alastair Lamb qələmə almış və Kəşmirdəki böhranın necə başladığını izah etmişdir.  

Tehran (IQNA) – "Bir faciənin doğulması; Kəşmir 1947" adlanan bu kitabı İngiltərəli yazar Alastair Lamb qələmə almış və Kəşmirdəki böhranın necə başladığını izah etmişdir.  

İngilscə adı "Birth of a tragedy: Kashmir 1947" olan bu kitabı Sərbaz Ruhullah Rəzəvi tərcümə və "Muəssiseyi mutaliatiye əndişesazane nur" nəşriyyatı çap və nəşr etmişdir.

İngilstərəli yazarın 1993-cü ildə qələmə aldığı və 1994-cü ildə nəşr etdiyi bu kitabda 1947-ci illərdə Kəşmirdə baş verən hadisələrdən danışılır.

Bu kitabın təqdimat mərasimi mütərcimin və qələm əhlinin iştirakı ilə IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Tehrandakı baş ofisində keçirilib.

کشمیر در تلاقی تمدنی بودیسم، هندوئیسم و اسلام بوده است

Kitabın mütərcimi Sərbaz Ruhullah Rəzəvi təqdimat mərasimində deyib: Kəşmir buddizm, indiuzim və İslam kimi üç böyük qədim dini mədəniyyətin görüşdüyü yerdir. İslam 5-ci əsrdən bu regiona daxil olmuş və İranlı mübəlliğlərin buraya gəlməsi ilə Hindistanın yarımadasında yayılmışdır.

Buna görə də Kəşmir İran mədəniyyəti və sivlizasiyasından çox təsirlənmişdir. Buraya çox sayda iranlı alim, yazar və şair gəlmişdir. Beşinci əsrin iranlı Əhli-Beyt (ə) şairi Seyyid Şərəfuddin Bülbülşah Söhrəvərdi İslam dini və Əhli-Beyt (ə) məktəbini Kəşmirdə ilk yayanlardan biri olub. Onun yolunu iki əsr sonra MirSeyyidƏli Həmədani gücləndirib və genişləndirib.

Kəşmir böhranının təkcə çıxış yolu müqavimətdir. Yəni İslami kimliyi qorumaqdır. Gərək Hindistanda beynəlxalq təzyiqləri çoxaltmaq üçün səy edilsin. Çünki faktlar göstərir ki, Hindistanın hərbi əməliyyatları və Kəşmir şəhidlərinin sayı çoxalır.

Kəşmir qədimdən İranın təsirində olan mədəniyyət beşiklərindən biridir. Həmişə və bu gün də Kəşmirdə baş verənlər İran üçün çox əhəmiyyətlidir.

Kəşmirin qədim və acı tarixi vardır ki, keçən 70 ildə onunla yaşayb və mübarizə edib.

Bütün Kəşmirliləri ayrılıq istəyən kimi vəsf etmək olmaz. Regionda baş verənlərin həqiqətini dərk etmək lazımdır. Bu hadisələri düzgün analiz etməyə kömək edir. Günam edirəm ki, bu kitab Kəşmirdə baş verənlərin həqiqətini öyrənmək və təhlil etmək üçün yaxşı vasitədir. Nəzərə alsaq ki, müəllifin eyni mövzuda digər dörd kitabı da var. /3926392

کشمیر در تلاقی تمدنی بودیسم، هندوئیسم و اسلام بوده است

کشمیر در تلاقی تمدنی بودیسم، هندوئیسم و اسلام بوده است

Ad:
E-poçt:
* Comment:
* captcha: