IQNA

11:17 - October 02, 2020
Xəbər sayı: 3488253
Tehran (IQNA) – Sudan İslami Fiqh Birliyi fətva verərək işğalçı və qondarma İsrail sionist rejimi ilə hər növ əlaqə yaradılması və əlaqələrin sadələşdirilməsini haram elan etdi.

Sudan İslami Fiqh Birliyi fətva verərək işğalçı və qondarma İsrail sionist rejimi ilə hər növ əlaqə yaradılması və əlaqələrin sadələşdirilməsini haram elan etdi.

Bu barədə ötən gün (Cümə Axşamı günü, 1 Oktyabr 2020) Sudan İslami Fiqh Birliyinin üzvləri bəyaniyyə yayıblar və sionist rejimi ilə əlaqələrin sadələşdirilməsinə müxalif olduqlarını bildiriblər.

Sudan Milli Fətva Mərkəzi sayılan bu təşkilat vurğulayıb ki, sionist İsrail rejimi ilə hər bir sahədə əlaqə yaratmaq və əlaqələri sadələşdirmək şəri baxımdan qeyri-qanunidir.

Sudan Milli Fətva Mərkəzi bu bəyaniyyəni ABŞ-ın Xartum hakimiyyətini Sudanın da BƏƏ və Bəhreyn kimi sionist İsrail rejimi ilə əlaqələrin sadələşdirilməsinə məcbur etməsinin ardınca yayıb.   /3926562

 

Ad:
E-poçt:
* Comment:
* captcha: