IQNA

10:23 - October 04, 2020
Xəbər sayı: 3488267
“Bölgədə qarşıdurma tərəflərinin hər hansı biri tərəfindən ölkə ərazisinə "təcavüz edilməsi"lə bağlı ciddi şəkildə xəbərdarlıq edirik.”

“Bölgədə qarşıdurma tərəflərinin hər hansı biri tərəfindən ölkə ərazisinə "təcavüz edilməsi"lə bağlı ciddi şəkildə xəbərdarlıq edirik.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

Bu gün Tehranda keçirilən mətbuat konfransında Arazın şimalından cənubuna raket və mərmilərin düşməsilə bağlı sualları cavablandıran İran rəsmisi məsələ ilə bağlı hər iki tərəfə ciddi xəbərdarlığın edildiyini bildirib.

“Ölkənin sərhəd bölgələrində yeni addımların atılması, biz tərəfdən ciddi və çox həssas şəkildə izlənilir”, deyə İran rəsmisi ölkə ərazisinə “tərəflərin hər hansı birindən təcavüzün edilməsinin qəbuledilməz olduğunu" bildirib.

Qeyd edək ki, cari ayın birində Qarabağ döyüşləri əsnasında Xudafərin rayonuna düşən raket və mərmilər nəticəsində bir kənddə 6 ev xəsarətlər almış və bir nəfər yaralanmışdı.

Ad:
E-poçt:
* Comment:
* captcha: