“Bu xəbərlər şayiə və əsassızdır. Məqsəd İranla Azərbaycan əlaqələrinə xələl gətirməkdir."
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi deyib.
M.Vaizi Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə telefon təmasında olan zaman, son günlərdə sosial şəbəkələrdə İranın Ermənistana yardımları ilə bağlı iddialara münasibət bildirib və onları şayiə adlandırıb.
O bildirib ki, bu şayiələrdən məqsəd iki ölkə əlaqələrinə xələl gətirməkdir.
“Biz Qarabağ ətrafında baş verənləri diqqətlə izləyirik. İki ölkənin ixtilaflarının beynəlxalq qanunlar və danışıqlar yolu ilə həlli üçün hər dəstəyi verməyə hazırıq”, deyə Mahmud Vaizi Qarabağın işğalının bitməsinin regionun sabitliyinə təkan verəcəyini vurğulayıb.