IQNA

10:52 - October 07, 2020
Xəbər sayı: 3488314
Tehran (IQNA)  - Hicazi xətti ilə yazılmış dünyanın ən qədim Quran nüsxəsi Oktyabr ayının sonlarında Böyük Britaniyanın "Kristiz Hərrac Evi"ndə (Christie`s) satışa çıxarılacaq.

Dünyanın ən qədim Quran nüsxəsi Oktyabr ayının sonlarında Böyük Britaniyanın "Kristiz Hərrac Evi"ndə (Christie`s) satışa çıxarılacaq.

Bundan əlavə Şərq və İslam dünyasına aid olan, Misr, Suriya, İran, Əfqanıstan, Hindistan və Əndəlüsdən gətirilmiş İslam tarixinə aid əlyazmalar, incəsənət və mədəniyyət əsərləri hərrac olunacaq.

Kristiz hərrac evinin incəsənət və mədəniyyət bölməsində hərrac ediləcək əsərlərdən biri də dünyanın ən qədim Quran nüsxəsindən bir səhifə olacaq.

Hicrətin ilk əsrlərində Hicazi xətti ilə yazılmış bu nüsxənin dini və tarixi baxımdan misilsiz əhəmiyyəti var. Bu nüsxədə kəlmə və həriflər arasında fasilə çoxdur. Dəri üzərinə yazılmışdır. Buna görə də bu Müshəfin həcminin çox olduğu ehtimal edilir.

Hərraca çıxarılan bu Quran səhifəsinin keyfiyyəti yaxşıdır. Onun üzərinə Məryəm surəsinin son ayələri kitabət edilmişdir. Məryəm surəsinin sonu işarələri və sonrakı surənin başlanğıc əlamətləri dərinin üzərində müşahidə edilir.

Qeyd edək ki, Oktyabr ayının 28-də hərraca çıxarılacaq bu Quran nüsxəsinin qiyməti 250-350 min pond təyin edilmişdir.  /3927751

Ad:
E-poçt:
* Comment:
* captcha: