IQNA

10:33 - October 13, 2020
Xəbər sayı: 3488351
Çin hökuməti Həcc ziyarətinə gedən zəvvarlar üçün yeni qaydalar və şərtlər müəyyənləşdirərək, ölkənin müsəlman azlıqlarının bu İslami vəzifəsini yerinə yetirməsini çətinləşdirdi.

Çin hökuməti Həcc ziyarətinə gedən zəvvarlar üçün yeni qaydalar və şərtlər müəyyənləşdirərək, ölkənin müsəlman azlıqlarının bu İslami vəzifəsini yerinə yetirməsini çətinləşdirdi.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “pledgetimes”ə istinadla xəbər verir ki,  Çin Həcc ziyarətinə gedən müsəlman vətəndaşları üçün 42 yeni qayda və şərtlər açıqlayıb. 
Belə ki, yeni qaydalara əsasən Çin vətəndaşları artıq yalnız “Çin İslam Dərnəyi” vasitəsi ilə qeydiyyatdan keçə və Həcc ziyarətinə müraciət edə bilərlər.  
Dövlətin Global Times qəzetinə görə, Çin İslam Dərnəyi xaricində heç bir təşkilat və ya şəxs Həcc ziyarətini təşkil etməməli  və Həcc ziyarətinə müraciət edən Çin vətəndaşları hökumətin qoyduğu şərtləri yerinə yetirməlidir. Bu yeni qanun 1 dekabrdan qüvvəyə minəcək.
Məlumata görə, müvafiq dövlət qurumlarından həcclə əlaqəli qanunsuz fəaliyyətlərin dayandırılması istənilib.
Əvvəllər hər il 10.000 Çin vətəndaşı Səudiyyə Ərəbistanı vasitəsilə Həcc ziyarətinə gedirdi. Yeni qanuna görə, Çinli müsəlmanlar artıq həcc ziyarətinə yalnız əksəriyyəti Çin Kommunist Partiyasının üzvləri olan Çin İslam Dərnəyi vasitəsilə gedə bilərlər.
Qəzet yazır ki, Çin dövləti bu dərnək sayəsində  çinli müsəlman vətəndaşlar üzərində tam nəzarətə sahib olacaq və fəaliyyətlərini izləyərək onları müxtəlif bəhanələrlə qanunları pozmaqda günahlandıracaq. 
Çin hökuməti Sincan əyalətində yüzlərlə həbs mərkəzini tikərək milyonlarla Uyğur müsəlmanını ağır şəraitdə həbsdə saxlayır. Henan vilayətindəki müsəlmanlar da məscidlərinin dağıdılması və iş yerində hicab və geyim geyməyin qadağan olunması ilə üzləşirlər. /3928905
Teqlər: Çin ، həcc ، Səudiyyə ، şərt ، uyğur
Ad:
E-poçt:
* Comment:
* captcha: