IQNA

8:37 - October 30, 2020
Xəbər sayı: 3488494
Əziz və sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) mübarək mövludu münasibətilə dünyanın hər yerində "Vəhdət həftəsi" adıyla müsəlmanlar müxtəlif bayram tədbirləri vә mərasimlər keçirirlәr.
Əziz Peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə dünyanın hər yerində "Vəhdət həftəsi" adıyla müsəlmanlar müxtəlif bayram tədbirləri vә mərasimlər keçirirlәr. Bu münasibətlə Suriyanın Dəməşq şəhərində Oktyabr ayının 28-də  mövlud bayramı tədbiri  keçirilib. 
Mərasimdə Suriya prezidenti Bəşşar Əsəd də iştirak edib. Vəhdət həftəsində əziz Rəsulallahın (s) mövlud mərasimi üçün küçələr bayraqlalar, şarlar və rəngli işıqlarla bəzədilib.
Qeyd edək ki, Rəbiül-əvvəl ayının 12-i (Oktyabr ayının 29-u) dünyada “Vəhdət həftəsi” başlanıb və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir. Elə bu münasibətlə bütün İslam ümmətini təbrik edirik.
İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır. /3931930

شرکت اسد در مراسم سالروز ولادت پیامبر اکرم (ص) در مسجدی در دمشق+عکس

شرکت اسد در مراسم سالروز ولادت پیامبر اکرم (ص) در مسجدی در دمشق+عکس

Ad:
E-poçt:
* Comment:
* captcha: