IQNA

Sionist rejim Qəzzaya yaxın bölgədə yeni şəhərcik tikir

9:45 - November 10, 2020
Xəbər sayı: 3488586
Sionist rejim Fələstinin işğal olunmuş ərazilərində Qəzzanın 7 kilometrliyində yeni şəhərcik tikməyi qərara alıb. Binyamin Netanyahu hökumətin həftəlik iclasında bu haqda açıqlama verib.

Sionist rejim Fələstinin işğal olunmuş ərazilərində Qəzzanın 7 kilometrliyində yeni  şəhərcik tikməyi qərara alıb.
İşğalçı İsrail rejiminin baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bu haqda açıqlama verib və bu qərarın önəmli bir qərar olduğunu açıqlayıb. 
B. Netanyahu  işğal altındakı Fələstinin cənub hisssəsində  sionist yaşayış yerlərinin inkişaf etdirilməsinə davam etməli və Qəzza yaxınlığındakı Sedirut və Netifut qəsəbələrində yeni şəhərciyin tikilməsinin vacibliyini vurğulayıb.
Məlumata görə, inşa ediləcək yeni şəhərcik işğalçı rejimin son illər ərzində həmin bölgədə  tikiləcək ilk yaşayış massividir. Orada 500 sionist ailə  yerləşdiriləcək. 
Yeni şəhərciyin "Hanun" olaraq adlandırılacağı bildirilib. İşğalçı rejim şəhərciyin salınması üçün hazırlıq işlərinin  görülməsinə 296 min dollar  vəsait ayırıb. /3934088
captcha