IQNA

Arxeoloqlar üzərində “Mona Liza” əsərinin oxşarı təsvir olunmuş qədim mozaika aşkar edib

10:50 - November 12, 2020
Xəbər sayı: 3488606
Arxeoloqlar Türkiyənin Osmaniyyə vilayətinin Kadirli rayonunda apardıqları qazıntılar zamanı qadın fiqurunu əks etdirən qədim mozaika tapıblar.

Arxeoloqlar Türkiyənin Osmaniyyə vilayətinin Kadirli rayonunda apardıqları qazıntılar zamanı qadın fiqurunu əks etdirən qədim mozaika tapıblar.

Bu barədə “Hurriyet Daily News” nəşri məlumat yayıb.

Alimlər tapıntıya “Mona Liza Kadirli” adını verib, belə ki, mozaikada təsvir olunan naməlum qadın təsviri Leonardo da Vinçinin məşhur rəsm əsərinə bənzəyir.

Arxeolaqlar tapıntını eramızın I-II əsrinə aid edir.

Mozaika barədə əlavə məlumat verilmir. Qeyri-adi tapıntı elm adamları tərəfindən araşdırılır. /oxu.az

captcha